+99450 311 14 88
Əlaqə nömrəmiz
Email ünvanımız
Ünvanımız

Maliyyə xidməti
Maliyyə xidməti
Şirkətinizi bir addım irəlidə görmək, şirkətinizin strategiyasına yenidən baxış etmək, və idarəçiliyi təkmilləşdirmək üçün Alltegrity Group Şirkətinin Maliyyə Məsləhətçilik xidmətlərindən faydalanın!
Xərclərinizi optimallaşdıraraq şirkətinizə dəyər qatmaq, kapitalınızı artırmaq və effektiv diversifikasiya etmək, rəqib şirkətləri almaq və ya onlarla birləşmək üçün texniki və hüquqi məsləhətlər almaq, onların aktivlərini düzgün dəyərləndirmək, və ya müxtəlif ölkə və sektorlara yatırım etmək istəyirsiniz?
Alltegrity Group Şirkətinin Maliyyə Məsləhətçilik xidmətləri üzrə mütəxəssisləri, imkan və seçimlərinizi düzgün dəyərləndirmək üçün sizə spesifik məsləhətlər və innovativ həll yolları təqdim edir.

Financial consultancy:+
• Accountancy+
• Statutory and IFRS reporting+
• Tax advice+
• Financial news and updates+
• Recruitment for finance+
Vergi məsləhəti
Alltegrity Group olaraq peşəkar vergi məsləhətləri və vergi mübahisələrinin həlli, mühasibatlıq xidmətləri və insan resursları üzrə xidmətləri bir pəncərə şəklində vahid məkanda təqdim edirik.
Azərbaycanda son vergi qanunvericiliyi islahatları nağdsız hesablaşmaların və şəffaflığın təşviqi ilə xarakterizə olunur. Bu gün bizneslər daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırki dəyişikliklərə uyğunlaşa bilsinlər. Xüsusilə, bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər. Biz müştərinin vergi və gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə vergi və gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik.
Mühasibatlıq
Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır
-
Sifarişçinin görülmüş işlərə və satılmış mallara görə hesab fakturaların, qaimə fakturaların, təhvil – təslim aktlarının hazirlanması;
-
Mühasibat uçotu haqqında qanunun və vergi məcəlləsinin tələblərinə əsasən mühasibat uçotunun aparılması;
-
Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
-
Bank hesabatlarının, pul vəsaitinin hərəkəti hesabatlarının hazırlanması;
-
Əmək haqqı üzrə vergi və sosial sığorta haqqlarının ödənişinin həyata keçirilməsi;
-
Yeni müəssisələrin qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması və ya məlumat dəyişikliyinin (təsisçi, ad, nizamnamə və hüquqi ünvan) həyata keçirilməsi;
-
Vergi orqanında obyektlərin, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və çıxarılması;
-
Möhür, ştamp və ciddi hesabat blanklarının hazırlatdırılması;
-
Müəssisələrin tələbinə uyğun olaraq 1 C mühasıbatlıq sistemin qurulması və təlimlərin həyata keçirilməsi
Qanunvericilik və MHBS üzrə hesabat
Bugün beynəlxalq standartlara əsasən maliyyə uçotu xidmətləri əsasında hazırlanmış maliyyə hesabatlarının MHBS əsasında hesabat sisteminə keçirilməsi bazarda ən çox tələb olunan maliyyə autsorsinq xidmətləri sırasındadır. Bunun əsas məqsədi xarici investisiyaları müqayisə etməkdən və bu investisiyaların maliyyə baxımından effektivliyini daha yaxsı anlamaqdan ibarətdir ki, bunun üçün şirkətin rəhbərliyinə baş ofisin yerləşdiyi ölkədən asılı olaraq MHBS əsasında hazırlanmış etibarlı, şəffaf və başa düşülən maliyyə məlumatı tələb olunur.
Xarici təsisçilər, müəssisələrin ortaq təsisçiləri etibarlı məlumatın uyğun formatda təqdim edilməsinə ehtiyac duyduqda müstəqil şirkət tərəfindən keçidlə bağlı hazırlanmış xidmətlərə üstünlük verirlər. Düzgün sənədləşdirilmiş keçid prosesi və paralel mühasibat uçotu prosedurlarımız daxili auditorların tələblərini uyğun olmaq üçün Azərbaycanın törəmə müəssisələrinin xarici təsisçiləri tərəfindən çox tez-tez sorğu olunur. Bundan əlavə, Xarici bazarlardan kapital cəlb etmək istəyən Azərbaycan şirkətləri təklif olunan listinq tələblərinə cavab vermək üçün maliyyə tarixçəsinin MHBS əsasında hazırlanmasını tələb edir.
-
MHBS əsasında hazırlanmış aylıq, rüblük və ya illik maliyyə hesabatlarının idarəetmə məqsədləri üçün MHBS əsasında maliyyə hesabatı sisteminə keçirilməsi
-
MHBS əsasında hesablar planı və hesablar planı üçün həm baş kitabda həmdə analitik səviyyədə uyğunluq cədvəlləri
-
MHBS hesablarına keçirilməsi üçün tələb olunan İdarəetmə hesabatı formaları
-
Sənaye sahəsinin və biznesin xüsusiyyəti, şirkətin mühasibat uçotu və hesabatı qaydaları əsasında düzəlişlərin məzmununa dair tövsiyələr
-
Hesabların aylıq bağlanması, saat hesabı ilə əks etdirilməsi, MHBS əsasında maliyyə hesabatına cavabdeh olan işçilərin tapşırıqlarını əks etdirən təlimat cədvəli
-
İdarəetmə məqsədləri üçün konsolidə edilmiş konsolidasiya düzəlişlərinin və konsolidə edilmiş maliyyə hesabatlarının maliyyə hesabatlarının hazırlanmasına köməklik.
-
Sifarişçinin heyəti üçün təlim MHBS əsasında idarəetmə hesabatı paketinin hazırlanması ilə bağlı tələblərin aydınlaşdırılması
-
Keçən ilki düzəlişlərin mahiyyətinin bərpası və əsaslandırılması.
Maliyyə üçün işə qəbul
Alltegrity Group sizə Mikro, kiçik və orta biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək. Müştərilərlə biznes görüşlərin aparılması. Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət. Biznes analizlərin aparılması. Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı olan mütəxəssisləri tapmağa vasitəçilik edir.
Maliyyə xəbərləri və yenilikləri
Ən son maliyyə və iqdisadi xəbərləri Alltegrity Group vasitəsi ilə tam məlumat ala bilərsiniz.