⚠️ Bu gün 13:30 GMT-də ABŞ inflyasiya hesabatı dərc olunacaq......
alltegrity
Jan 11, 2024
1 min read
⚠️ Bu gün 13:30 GMT-də ABŞ inflyasiya hesabatı dərc olunacaq. Proqnozlara əsasən, dekabrda baza inflyasiyası 4%-dən 3,8%-ə düşüb;
☝️Lira yeni antirekordu yenilədi. Türk valyutasının məzənnəsi ilk dəfə bir dollar üçün 30 lirəni keçdi;
🏛 SEC Bitcoin ETF-ni rəsmi olaraq təsdiqlədi. Yeni alətdə ticarət bu gün başlana bilər;
📣 Böyük Britaniya Xəzinədarlığı Komitəsi qarşısında çıxış edən İngiltərə Bankının rəhbəri Endryu Beyli ölkədə inflyasiyanın hədəf səviyyəsinə qayıtmağın vacibliyini bəyan etdi ki, bu da yalnız sərt pul siyasətinin saxlanması ilə mümkün olacaq;
🛢Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-ın neft ehtiyatları keçən həftə 0,67 milyon barrel azalma proqnozuna qarşı 1,3 milyon barel artıb.
Comments