WGC (https://www.gold.org/goldhub/research/gold-demand-trends/gold-demand-trends-full-year-2023) 2023-cü ildə qızıl tələbi ilə bağlı öz proqnozlarını dərc edib....
- alltegrity
- Feb 14, 2024
- 1 min read

WGC (https://www.gold.org/goldhub/research/gold-demand-trends/gold-demand-trends-full-year-2023) 2023-cü ildə qızıl tələbi ilə bağlı öz proqnozlarını dərc edib. Yüksək faiz dərəcələrinə baxmayaraq, ETF-lər üzərindən aparılan investisiyalara tələb olduqca aşağı olmuşdur. Amma bu, tələbin 3%, qiymətin isə +15% artmasının qarşısını almadı. Keçən dövrlərdə bu kimi yüksək faiz dərəcələri qızıla tələbi və qiyməti azaltmış olardı.
Qızıl bazarına təkan verən əsas amillərdən biri mərkəzi banklar tərəfindən il ərzində 1000 tondan artıq qızıl həcmlərinin alınması olmuşdur. Hətta Türkiyənin mərkəzi bankı tərəfindən 1037 ton qızılın 2023-cü il ərzində satılması bu təkana mane olmamışdır.
Qeyd etmək lazımdır ki, mərkəzi bankların özləri üçün bu 65 milyard dollarlıq alış böyük əhəmiyyət kəsb etmir (valyuta ehtiyatları təxminən 12 trilyon dollardır). Misal üçün, Çinın Mərkəzi Bankı 2023-cü il ərzində hər rüb ərzində ortalama olaraq 60 ton və il ərzində ümumi olaraq 225 ton qızıl almışdır.
Burada əsas məsələ alışların ümumi həcmi deyil, alışların rüblər üzrə bölünməsidir – hər rüb üzrə bir alış. Bu öz növbəsində qiymətin formalaşmasına və saxlanılmasına müsbət təsir göstərir və nəticədə, hətta yüksək faiz dərəcələri zamanı qızılın qiyməti aşağı düşməmişdir.
Nəzərə alsaq ki, 2024-cü il il ərzində müxtəlif, o cümlədən geosiyasi, iqtisadi (durğunluq/resessiya), maliyyə sabitliyi riskləri (borc, likvidlik, faiz dərəcələri) və s. kimi risklər gözlənilir, qızıla tələbin sabit olaraq yüksək qalması gözlənilir. Yüksək faiz dərəcələrinin olması qızıla olan tələbə mənfi təsir göstərməyinə baxmayaraq, mərkəzi banklar tərəfindən iri həcmli alışlar və bir sıra qlobal risklərin mövcudluğu qızıla olan tələbatı yuxarı saxlamağa dəstək göstərir.
14.02.2024







Comments